"Televizorları açın, parlaq şou göstərməyə çalışacağıq"

“Çempionlar Liqası mənim üçün xüsusi turnirdir. Fərqli mərhələlərdə yarışdıq, ağrı hiss etdik. Düşünürəm ki, turniri qazansaq, duyğu dənizinə qərq olacağıq. Dünya çempionatı müqəddəs turnirdir, amma klub səviyyəsində heç bir yarış mənim üçün Çempionlar Liqasına bərabər olmayaq. Himnin dediyi kimi Çempionlar Liqası ən yaxşı komandaların turniridir".

Newsport.az xəbər verir ki, bu sözləri PSJ-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasının 1/4 finalında "Bavariya" ilə ilk oyun öncəsi UEFA-nın saytına açəqlamasında deyib.

O, Münhen təmsilçisinin ən yaxşı klub olduğunu bildirib: "Hazırda sakit durmalı və Münhendəki ilk matça inamla hazırlaşmalıyıq. Hamı bu oyunu səbirsizliklə gözləyir. Bizi əla bir qarşılaşma gözləyir. Buna görə hər kəs televizorlarını açsın və biz parlaq bir şou təqdim etməyə çalışacağıq və qələbə qazanacağıq".

Qeyd edək ki, PSJ və "Bavariya" arasında ilk oyun aprel 7-i, cavab matçı isə aprelin 13-ü keçiriləcək.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right