"Tottenhem"in baş məşqçisi Joze Mourinyo futbolçusu Harri Keynin klubdakı gələcəyindən danışıb.
Newsport.az "beİN Sport"a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis deyib:
"Biz onun gələcəyini müzakirə etməmişik. Harri əla oyun səviyyəsi göstərən inanılmaz bir futbolçudur. Onunla müzakirəyə ehtiyac yoxdur. Keynin müqaviləsinin sonuna hələ üç il var. Ona görə Keyn özü bu məsələni mənimlə müzakirə etmək istəmədikcə bu barədə danışacaq bir şey yoxdur. Ancaq bu günə qədər Harri mənimlə əlaqə saxlamayıb".
Qeyd edək ki, Keyn bu mövsüm 41 matçda 29 qol vurub və 16 qolun ötürməsini verib.