PSJ hücumçusu Kilian Mbappe özünə münasibətindən danışıb.
Newsport.az "RMC Sport"a istinadən xəbər verir ki, fransalı hücumçu deyib ki, hər dəfə meydançaya çıxanda özünə həmişə ən yaxşı olduğunu söyləyir:
"Messi və Kriştiano Ronaldo ilə oynadım. Onlar məndən daha yaxşıdırlar, məndə olmayan bir milyard fərqli şey edirlər. Ancaq beynimdə hər zaman özümə ən yaxşı olduğumu deyirəm. Çünki bu şəkildə heç bir sərhəd qoymuram və ən yaxşı futbolu göstərməyə çalışıram. Əlbəttə, bəzən insanlar bunu başa düşmürlər, çünki bu mövzu ətrafında müəyyən bir sədd yaradılıb. Eqonun nə olduğunu bir-birimizə izah etmirik".
Qeyd edək ki, Mbappe bu mövsüm Fransa çempionatında 25 oyuna çıxıb və 20 qol vurub.