"Milan"ın siyahısındakı 5 hücumçu

"Milan" rəhbərliyi yay transfer pəncərəsində hücum mövqeyini gücləndirmək üçün namizədlər barədə qərar verib.

Newsport.az "Calcio Mercato"ya istinadən xəbər verir ki, İtaliya klubu ilk növbədə Duşan Vlahoviç ("Fiorentina"), Andrea Belotti ("Torino") və Doniella Malenadan (PSV) birini almağa çalışacaq. Miron Boadu ("AZ Alkmaar") və Odsonn Eduar ("Seltik") da namizədlər sırasındadır.

Hazırda "Milan"da üç mərkəz hücumçu var - Zlatan İbrahimoviç, Rafael Leau və Mario Mandzukiç. İsveçli və xorvat oyunçunun müqavilələri bu mövsümün sonu başa çatır.

Qeyd edək ki, "Milan" A seriyasında 59 xalla turnir cədvəlində ikinci yerdədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right