Bordinin 0:8 şərhi - Belə tamaşa gözləmirdik

Moldova millisinin baş məşqçisi Roberto Bordin DÇ-2022-nin seçmə oyununda Danimarkaya 0:8 hesablı məğlubiyyəti şərh edib. Newsport.az xəbər verir ki, italiyalı mütəxəssis bildirib ki, komandası belə güclü rəqibə qarşı daha çox istək göstərməli idi.

“Belə bir oyundan sonra nəsə demək çətindi. Belə bir tamaşa gözləmirdik. Bu, mənim günahımdı, çünki futbolçulara necə oynamalı olduğumuzu düzgün izah edə bilmədim. Danimarka yığmasının heyətində İtaliya, İngiltərə və İspaniyada oynayan bir çox istedadlı futbolçu var. Bu səbəbdən heyət dəyişikliyi bu komandaya təsir etməyib”.

Qeyd edək ki, Herninq şəhərindəki “Herninq Arena”da keçirilən Danimarka – Moldova qarşılaşmasını həmyerlimiz Əliyar Ağayev idarə edib.  

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right