"Yuventus"un prezidenti Ronaldunu rekordu münasibətilə mükafatlandırıb

Futbol üzrə İtaliya A Seriyasının XXVIII turunun matçında "Yuventus" "Benevento"nu qəbul edir.

Newsport.az xəbər verir ki, görüş Turində, "Alyans-Yuventus" stadionunda keçirilir. Matçda fasiləyə qədər hesab açılmayıb.

Turin klubunun mətbuat xidməti tvitterdəki hesabında bildirib ki, "Yuventus" klubunun prezidenti Andrea Anyelli görüşünün başlamasından əvvəl komandanın hücumçusu Kriştianu Ronaldunu yeni nailiyyəti - 36 yaşlı portuqaliyalının əfsanəvi braziliyalı Pelenin karyerası ərzində qollarının sayı üzrə mütləq rekordunu üstələməsi münasibətilə təbrik edib.

Anyelli Ronalduya 770 nömrəli (futbolçunun karyerası ərzində vurduğu qolların sayı - red) və G.O.A.T (“Greatest Of All Time” - bütün vaxtlarda ən böyük – red) yazısının olduğu futbolkanı hədiyyə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right