“Bavariya”dan ÇL-də yeni rekord

Almaniyanın “Bavariya” klubu UEFA Çempionlar Liqasında (ÇL) yeni rekorda imza atıb.
 
Newsport.az xəbər verir ki, Münhen təmsilçisi 1/8 finalda İtaliyanın “Latsio” klubunu mübarizədən kənarlaşdırmaqla (4:1, 2:1) tarixində 19-cu dəfə ÇL-in 1/4 finalına yüksəlib.
 
Almaniya nəhəngi bununla qitənin ən nüfuzlu klub turnirində mütləq rekordçuya çevrilib. Əvvəlki rekord İspaniyanın “Barselona” klubuna məxsus idi. 1/8 finalda Fransa çempionu PSJ-yə iki oyunun nəticəsinə əsasən məğlub olan (1:4, 1:1) Kataloniya təmsilçisi ÇL-də 18 dəfə 1/4 finala vəsiqə qazanıb.
 
Qeyd edək ki, Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü martın 19-da atılacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right