"Yuventus"un yay transfer planları

"Yuventus" bu yay 3 futbolçu transfer etmək niyyətindədir.

Newsport.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, Turin təmsilçisi "Atalanta"dan müdafiəçi Robin Qrosensi, "Marsel"dən yarımmüdafiəçi Arkadius Miliki, "Sassuolo"dan isə hücumçu Manuel Lokalettini almaq istəyir.

"Calcimercato"nun yaydığı məlumata görə isə İtaliya klubu futbolçusu Paulo Dibalanı "Barselona"ya verib, əvəzində Kataloniya təmsilçisindən Antuan Qrizmannı transfer etməyi planlaşdırır.

Qeyd edək ki, "Yuventus" hazırda A seriyasının turnir cədvəlində 55 xalla 3-cüdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right