“İnter”in futbolçusunda koronavirus aşkarlandı

İtaliyanın “İnter” klubunun müdafiəçisi Danilo D’Ambrozio koronavirusa yoluxub.
 
Newsport.az xəbər verir ki, bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə COVİD-19 testi pozitiv çıxmış 32 yaşlı müdafiəçinin ev şəraitində karantinə alındığı diqqətə çatdırılıb.
 
Danilo D’Ambrozio 2014-cü ildən “İnter”in uğurları üçün çalışır. Ölkəsinin millisində də oynamış italyan futbolçu bu mövsüm A Seriyasında 14 oyuna çıxıb, 3 qola imza atıb. Onun komandası isə 27 oyuna topladığı 65 xalla zirvədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right