Şok olaydan sonra stadionu ağlayaraq tərk edib

Xəbər verdiyimiz kimi, PSJ-nin futbolçusu Anxel Di Marianın evi qarət olunub.

Newsport.az-ın goal.com saytına istinadən yaydığı məlumata görə, hadisə dünən baş verib. Argentinalı futbolçu bundan 29-cu turun “Nant”a qarşı matçının (1:2) gedişatı zamanı xəbər tutub. Bu səbəbdən 62-ci dəqiqədə futbolçu əvəzlənib və dərhal da, yuyunmadan evinə yollanıb.  Qarət zamanı Di Marianın, eləcə də PSJ-nin digər futbolçusu Markinyosun ailə üzvləri də həmin evdə olublar. Di Marianın stadionu ağlayaraq tərk etdiyi bildirilib. Xəbəri isə ona PSJ-nin idman direktoru Leonardo baş məşqçi Maurisio Poçettino vasitəsi ilə çatdırıb.
 
Di Maria əvəzləndikdən sonra baş məşqçi futbolçusu ilə birgə paltardəyişmə otağına kimi gedib. Onun meydanı tərk etməsindən sonra motivasiyası pozulan PSJ 1:2 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right