Ronaldo barədə yeni iddia: “Real”

Kriştiano Ronaldonun bu mövsümün sonu “Yuventus”u tərk edəcəyinə dair xəbərlər sürətlə yayılmaqdadır.

Newsport.az-ın xəbərinə görə, Turin təmsilçisinin Çempionlar Liqasının 1/8 finalında mübarizəni dayandırmasından sonra portuqaliyalı ulduzun gedəcəyinə daha iddialar daha da artıb. Bu dəfə isə futbolçunun adı keçmiş klubu “Real”la hallanmağa başlayıb.

“El Chiringuito” TV-nin Tvitter səhifəsi yazır ki, futbolçunun meneceri Jorje Mendeş bu günlərdə Madrid klubunun prezidenti Florentino Pereslə görüşüb. Görüşdə Kriştianonun sabiq komandasına qayıtması məsələsi müzakirə olunub.

Qeyd edək ki, daha əvvəl Ronaldonun karyerasını “İnter Mayami” və ya PSJ-də davam etdirə biləcəyinə dair də xəbərlər yayılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right