"Bavariya"nın son iki məşqini buraxdı

"Bavariya"nın futbolçusu David Alaba komandanın növbəti oyunlarını buraxa bilər.

Newsport.az "Bild"ə istinadən xəbər verir ki, avstriyalı müdafiəçi əzələsindən zədə alıb. Bu səbəbdən o, Münhen klubunun son iki məşqini buraxıb. 28 yaşlı oyunçunun zədəsi ciddi olub-olmadığı hələlik məlum deyil.

Qeyd edək ki, bundan əvvəl D.Alabanın bu mövsümün sonunda "Bavariya"dan ayrılacağı məlum olmuşdu.

Xatırladaq ki, Münhen təmsilçisi Bundesliqada şənbə günü "Verder"lə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right