Daha iki yarımfinalçı bəlli oldu

Futbol üzrə Almaniya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.
 
Newsport.az xəbər verir ki, bu gün daha iki yarımfinalçı bəlli olub.
 
Səfərdə “Essen”lə qarşılaşan “Holştayn” darmadağına sevinib. “Leypsiq” isə “Volfsburq”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.
 
İlk oyun günündə keçirilməli olan “Yan Regensburq” – “Verder” matçı isə koronavirusa görə təxirə salınıb.
 
Almaniya kuboku
1/4 final
2 fevral
 
Borussiya (Münhenqladbax) – Borussiya (Dortmund) 0:1
 
3 fevral
 
Essen – Holştayn 0:3
 
Leypsiq – Volfsburq 2:0




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right