A Seriyasında fevralın ən yaxşı futbolçusu

Futbol üzrə İtaliya A Seriyasında fevral ayının ən yaxşı oyunçusu müəyyənləşib.
 
Newsport.az xəbər verir ki, “İnter”in hücumçusu Romelu Lukaku ötən ayın ən yaxşısı elan edilib.
 
Bu barədə A Seriyasının mətbuat xidməti məlumat yayıb.
 
Qeyd edək ki, Lukaku fevralda A Seriyası çərçivəsində 4 oyuna çıxıb. Belçika yığmasının forvardı bu oyunlarda 4 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right