Kubokun oyunu təxirə salındı

Almaniya kubokunun 1/4 final mərhələsində bu gün keçirilməli olan “Regensburq” – “Verder” matçı təxirə salınıb.

Newsport.az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
 
“Regensburq”da baş məşqçi Mersad Selimeqoviçlə yanaşı, əsas komandanın bir neçə futbolçusunda koronavirus aşkarlanıb. Bu səbəbdən görüş təxirə salınıb. Oyunun keçirilmə tarixi hələ məlum deyil.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right