La Liqa klubu məvacibləri azaldır ikinci dəfə

“Atletik” bu mövsüm ikinci dəfə futbolçularının məvacibini azaldacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə “Marca” nəşri məlumat yayıb.

Xəbərdə artıq klub rəhbərliyi ilə futbolçular arasında razılıq əldə olunduğu bildirilib. “Atletik”də maaşların azaldılmasına səbəb koronavirus pandemiyasının yaratdığı maliyyə çətinlikləridir.

“Atletik”də mövsümün əvvəlində də futbolçuların maaşları azaldılmışdı. Baskoniya təmsilçisi hazırda La Liqada 10-cu sıradadır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right