Fransa millisinin və PSJ-nin sabiq futbolçusu Yohan Kabay karyerasını başa vurub.
Newsport.az-ın məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi bu barədə öz sosial şəbəkə hesabında bildirib:
“Xatirələrimi heç vaxt unutmayacağam. Futbola olan sevgimə görə qəbul etmək çətin olsa da, peşəkar karyeramı bitirirəm”.
Qeyd edək ki, son klubu "Sent-Etyen" olan Kabay karyerası ərzində “Lill”, “Nyukasl”, PSJ, “Kristal Pelas”, “Əl-Nəsr” kimi komandalarda da çıxış edib. O, 2010-2016-cı illərdə Fransa millisinin heyətində 48 oyun keçirib, 4 qol vurub. Həmçinin Kabay 2005-ci ildə Fransanın U-19 yığması ilə Avropa çempionu olub.