Ozan Kabak “Liverpul”un ən yaxşı oyunçusu seçildi

“Liverpul”un UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Leyptsiq”ə qarşı ilk matçının (2:0) ən yaxşı oyunçusu bəlli olub.

Newsport.az xəbər verir ki, Mersisayd təmsilçisinin müdafiəçisi Ozan Kabak birinci yeri tutub. Bununla əlaqədar klubun rəsmi Tvitter səhifəsində keçirilən sorğuda Türkiyə millisinin 20 yaşlı futbolçusu hamını qabaqlamağı bacarıb.

O, 100 min 641 nəfərin qatıldığı səsvermədə 56 faiz səs toplayıb. Digər namizədlərdən Consa 16, Aleksandr-Arnolda 6, Məhəmməd Salaha isə 22 faiz səs verilib.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right