Məşhur məşqçi istefaya göndərildi

"Nant" baş məşqçisi Raymon Domeneki istefaya göndərib.

Newsport.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 69 yaşlı mütəxəssisin istefaya göndərilməsinə səbəb komandanın uğursuz çıxışıdır. "Nant" son 8 matçda 4 heç-heçə edib, 4 dəfə uduzub.

Domeneki Antuan Kombuarenin əvəzləyəcəyi bildirilib. O, daha əvvəl "Vaelnsiennes", PSJ, "Lans", "Qenqam", "Dijon" və "Tuluza"da izləyib.

Qeyd edək ki, Domenek ötən il dekarın 27-i Fransa Liqası təmsilçisinin baş məşqçisi təyin olunmuşdu. Onun bundan əvvəlki son iş yeri 2004 - 2010-cu illərdə rəhbərlik etdiyi Fransa millisi idi. Komanda onun başçılığı ilə "DÇ-2006"nın gümüş mükafatına sahib olub.

Xatırladaq ki, "Nant" Fransa çempionatında 24 turdan sonra 20 komanda arasında 19 xalla 18-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right