Teymurun 1/4 finaldakı rəqibi müəyyənləşdi

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsində 1/4 finaldakı rəqibi müəyyənləşib.

Newsport.az xəbər verir ki bu, qrossmeysterimiz bu mərhələdə  Niderland şahmatçısı Aniş Giri ilə qarşılaşacaq. Giri seçmə mərhələni 9,5 xalla 2-ci, Rəcəbov 8 xalla 7-ci pillədə başa vurub.

1/4 final cütlərinin tərkibi:

Maqnus Karlsen (Norveç) - Daniil Dubov (Rusiya)
Aniş Giri (Niderland) - Teymur Rəcəbov (AZƏRBAYCAN)
Uesli So (ABŞ) - Yan Kşiştof Duda (Polşa)
Levon Aronyan (Ermənistan) - Maksim Vaşye-Laqrav (Fransa)

Qarşılaşmalar 4 rapid, 2 blits partiya və ehtiyac yarandıqda armageddon olmaqla, nokaut sistemi ilə 2 görüşdən ibarət olacaq.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right