Fransa klubunda baş məşqçi istefası

"Nim" baş məşqçisi Jerom Arpinonu istefaya göndərib.

Newsport.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Komandanı müvəqqəti olaraq Paskal Plankın çalışdıracağı bildirilib.

Qeyd edək ki, Arpinon ötən ilin iyunundan klubun baş məşqçisi idi. "Nim" onun rəhbərliyi altında 22 matçda 4 qələbə qazanıb və 3 dəfə heç-heçə edib, 15 dəfə uduzub. Komanda hazırda Fransa çempionatında sonuncu yerdədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right