"Marsel"dən Sampaoliyə təklif

Fransanın "Marsel" klubu yeni baş məşqçi axtarışındadır.

Newsport.az-ın məlumatına görə, Liqa 1 təmsilçisi Xorxe Sampaoliyə dəvət göndərib.

Argentinalı mütəxəssisin hazırda çalışdığı "Atletiko Mineyro" (Braziliya) klubu ilə müqaviləsi bu ilin iyul ayına qədərdir. Onun təzminat qiyməti isə 800 min dollardır ki, bu da "Marsel"ə çətinlik yarada bilər.

Tərəflər razılığa gəlsə, Sampaoli iki gün əvvəl istefaya göndərilən Andre Villaş-Boaşı əvəzləyəcək.

Qeyd edək ki, Sampaoli daha əvvəl Argentina millisi və "Sevilya"nı çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right