“Lill” səfərdə, PSJ evdə darmadağına sevindi

Futbol üzrə Fransa çempionatında 23-cü turun oyunları keçirilib.
 
Newsport.az xəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutub.
 
Lider “Lill” bu tur çərçivəsində çətin “Bordo” səfərinə yollanıb və darmadağına sevinib.
 
Ötən tur “Loryan”a məğlub olan PSJ bu dəfə turnir cədvəlinin sonuncusu “Nim”ə böyük hesabla qalib gəlib. Lion “Olimpik”i səfərdə “Dijon”u minimal hesabla üstələyibsə, Marsel “Olimpik”i “Lans”la səfər matçından 1 xalla ayrılıb. “Monako” isə “Nitsa”nı məğlub yola salıb.
 
Fransa Liqa 1
23-cü tur
3 fevral
 
Bordo – Lill 0:3
Qol: Y.Yazıcı, 54. Vea, 66. David, 89.
 
Mets – Monpelye 1:1
Qol: Sarr, 47 – Labord, 70.
 
Reyms – Anje 0:0
 
Renn – Loryan 1:1
Qol: Terrye, 14 – Boisqar, 83.
 
Strasburq – Brest 2:2
Qol: Tomasson, 8. Aholu, 70 – Karbonye, 83. Duaron, 90+3.
 
Dijon – Lion 0:1
Qol: Paketa, 22.
 
Lans – Marsel 2:2
Qol: Sotoka, 46. Medina, 61 – Toven, 37. Milik, 45+2.
 
Monako – Nitsa 2:1
Qol: Ben Yedder, 28; 51 – Melu, 47.
 
PSJ – Nim 3:0
Qol: Di Maria, 18. Sarabia, 36. Mbappe, 68.
 
Sent-Etyen – Nant 1:1
Qol: Kamara, 47 – Kolo, 36.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right