"Marsel" azarkeşləri bazaya hücum etdi FOTOLAR

Fransa çempionatının 22-ci turunda bu gün saat 00:00-da başlamalı olan “Marsel" – “Renn” oyunu təxirə salınıb.

Newsport.az-ın məlumatına görə, buna "Marsel" azarkeşlərinin klubun bazasına hücum etməsi səbəb olub.

Fransa mətbuatı 200-ə yaxın azarkeşin klubun prezidenti Jak-Anri Eyronun istefasını tələb edib. Onlar rəhbərliyə etiraz olaraq əllərində yanan məşəllə "Marsel"in bazasına girmək istəyib. Bazanın girəcəyində yanğın baş verib. Komandanın futbolçusu Alvaro Gonzales isə fişənglə belindən vurulub. O, yüngül zədə alıb. Fransa xüsusi təyinatlıları bazanı nəzarətə götürərək azarkeşləri oradan uzaqlaşdırıb.

Fanatlar komandanın son nəticələrindən narazıdır. Hadisə ilə bağlı yerli polis tərəfindən 25 azarkeşin saxlanıldığı bildirilib.

Qarşılaşmanın sonrakı günlərdə keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Andre Villaş-Boaşın çalışdırdığı "Marsel" son 8 oyunda cəmi 1 qələbə qazanıb və 32 xalla 7-ci pillədə qərarlaşıb.












Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right