Türkiyənin "Trabzonspor" klubu heyətini gücləndirməkdə davam edir.
Newsport.az-ın məlumatına görə, Trabzon təmsilçisi Super Liqanın digər klubu "Alanyaspor"un hücumameyilli yarımmüdafiəçisi Anastasios Bakasetası transfer edib. Futbolçu ilə 3,5 illik müqavilə imzalanıb.
"Bordo-mavililər" yunanıstanlı futbolçunun keçidi üçün 3 milyon avro təzminat ödəyib. Növbəti satışdan "Alanyaspor"a 20 faiz pay veriləcək. Futbolçunun sərbəst qalmaq qiyməti 12 milyon avrodur. O, mövsümün sonuna qədər 600 min avro maaş alacaq. Növbəti mövsümdən isə onun illik maaşı 1,25 milyon avro olacaq.
"Alanyaspor" Bakasetası 2019-cu ilin yayında Afina AEK-indən 500 milyon avroya transfer etmişdi. O, bu mövsüm keçirdiyi 22 oyunda 7 qol vurub, 4 məhsuldar ötürmə edib.
"Trabzonspor" həm də Almaniyanın "Volfsburq" klubundan Yunus Mallını transfer edib.