"Aston Villa" "Marsel"in futbolçusunu 18 milyona transfer etdi

İngiltərənin "Aston Villa" klubu heyətini gücləndirib.

 

Newsport.az xəbər verir ki, Birmingem təmsilçisi Fransanın "Marsel" klubunun yarımmüdafiəçisi Morqan Sansonu transfer edib. Fransalı oyunçu ilə 4,5 illik müqavilə imzalanıb. Bu keçid Premyer Liqa klubuna 18 milyon avroya başa gəlib.

 

"Marsel" 26 yaşlı futbolçunu 2017-ci ildə "Monpelye"dən 9 milyon avroya transfer etmişdi. O, bu mövsüm Liqa 1-də keçirdiyi 12 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right