“Çelsi”də yeni baş məşqçi

İngiltərənin “Çelsi” klubunun yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib.
 
Newsport.az xəbər verir ki, London təmsilçisini bundan sonra Tomas Tuxel çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bir müddət öncə PSJ-nin istefaya göndərdiyi alman mütəxəssis “zadəganlar”la 1.5 illik müqavilə imzalayıb. Tuxel bu vəzifədə ötən gün istefaya göndərilən Frenk Lempardı əvəzləyib.
 
Qeyd edək ki, “Çelsi” bu mövsüm Premyer Liqa çərçivəsində keçirdiyi 19 oyuna 29 xal toplayıb və 9-cu pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right