40 yaşlı qapıçı Azərbaycandan təklif aldı

Rusiyanın "Tambov" klubunun qapıçısı Sergey Rıjikov karyerasını Azərbaycanda davam etdirə bilər.

 

Newsport.az xəbər verir ki, bu barədə 40 yaşlı qolkiperin agenti Aleksey Safanov məlumat verib:

 

"Seçimlər arasında Qazaxıstan və Azərbaycan liqaları var. Qətər və Birləşmiş Ərəb Əmirlikləri kimi ekzotik ölkələrdən də təkliflər almışıq. Ancaq indi ora getmək bir az çətindir".

 

Rusiyalı qapıçı ölkəsində "Tom", "Lokomotiv", "Anji", "Saturn", "Rubin" və "Krılya Sovetov" kimi klublarda çıxış edib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right