Super Liqa klubu milli üzvü ilə gücləndi

Türkiyənin “Ərzurumspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Newsport.az xəbər verir ki, Super Liqa təmsilçisi Kosovo yığmasının yarımmüdafiəçisi Elba Raşanini transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İsveçdə dünyaya göz açan 27 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
Raşani son olaraq Norveçin “Odds” klubunun uğurları üçün çalışıb. O, “Brondbü” və “Rusenborq”da da forma geyinib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right