"Neftçi"nin keçmiş futbolçusu Kvame Karikarinin yeni klubu müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, qanalı hücumçu karyerasını Misirin ENPPI klubunda davam etdirəcək. 28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
2018/2019 mövsümünün ilk yarısını "Neftçi"də keçirmiş Karikari 10 oyunda 2 qol vurub.