Superliqa klubunda istefa

Türkiyənin “Göztəpə” klubunun baş məşqçisi İlhan Palut istefa verib.

Newsport.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

O, Superliqanın 18-ci turunda doğma meydanda “Antalyaspor”a 0:1 hesablı məğlubiyyətdən sonra istefa qərarını rəhbərliyə çatdırıb.

İlhan Palut ötən ilin qışından İzmir təmsilçisini çalışdırırdı.

Qeyd edək ki, “Göztəpə” 19 xalla 14-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right