La Liqada dekabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, "Selta"nın hücumçusu İaqo Aspas ötən ayın ən yaxşısı seçilib.
O, səsvermədə Lionel Messi, Kərim Benzema, Mario Hermoso, Jerar Moreno və Xavyer Ontiverosu qabaqlayıb. 33 yaşlı oyunçu dekabrda La Liqada 5 matçda 4 qol vurub, eyni sayda qolun ötürməsini verib.