"Liverpul"u 1/16 finala aparan darmadağın

“Liverpul” İngiltərə kubokunun 1/32 final mərhələsində “Aston Villa” ilə qarşılaşıb.

Newsport.az-ın məlumatına görə, görüş “mersisaydlılar”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 4-cü dəqiqədə “qırmızılar”ın futbolçusu Sadio Mane açıb. Lui Barri 41-ci dəqiqədə bərabərlik qolunu vurub. Jorjinyo Vaynaldum 60-cı dəqiqədə “Liverpul”u yenidən hesabda önə çıxarıb.

Mane 63-cü dəqiqədə fərqi bir qədər də artırıb və dublunu rəsmiləşdirib. Məhəmməd Salah isə 65-ci dəqiqədə fərqlənməklə görüşün yekun hesabını müəyyənləşdirib.

Beləliklə, “Liverpul” böyükhesablı qələbə qazanaraq, İngiltərə kubokunun 1/16 final mərhələsinə vəsiqəni təmin edib.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right