“Lill” uduzdu, Poçettinolu PSJ ilk matçında 1 xalla kifayətləndi

Futbol üzrə Fransa çempionatında 18-ci turun oyunları keçirilib.
 
Newsport.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni günə təsadüf edib.
 
“Monako” bu turda səfərdə “Loryan”la qarşılaşıb və darmadağına sevinib. Lider Lion “Olimpik”i doğma meydanda “Lans”ı məğlub edib.
 
Heyətində Burak Yılmaz, Yusuf Yazıcı, Zeki Çelik kimi türk futbolçuları olan və çempionluq uğrunda mübarizə aparan “Lill”in budəfəki rəqibi “Anje” olub. Türk futbolçuların komandası bu oyundan məğlub ayrılıb.
 
Baş məşqçi postuna Maurisio Poçettinonu gətirən PSJ bu tur çərçivəsində çətin “Sent-Etyen” səfərinə yollanıb. Argentinalı mütəxəssisin debüt matçında komandası meydanı 1 xalla tərk edib.
 
Fransa Liqa 1
18-ci tur
6 yanvar
 
Brest – Nitsa 2:0
Qol: Munye, 23. Honorat, 28.
 
Loryan – Monako 2:5
Qol: Moffi, 31. Qravilyon, 67 – Disasi, 9. Qolovin, 64. Folland, 68. Diop, 78. Maripan, 89.
 
Mets – Bordo 0:0
 
Nant – Renn 0:0
 
Strasburq – Nim 5:0
Qol: Ayorke, 36; 51. Diallo, 38. Lala, 45+1. Majid, 90-pen.
 
Olimpik (Lion) – Lans 3:2
Qol: Depay, 39; 52-pen. Fortes, 46-öz qapısına – Sotoka, 56. Dukure, 90.
 
Lill – Anje 1:2
Qol: B.Yılmaz, 42 – Tomas, 5; 10.
 
Olimpik (Marsel) – Monpelye 3:1
Qol: Radonyiç, 41. Payet, 80. Jerman, 84 – Molle, 52.
 
Reyms – Dijon 0:0
 
Sent-Etyen – PSJ 1:1
Qol: Hamuma, 19 – M.Kin, 22.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right