Poçettino keçmiş futbolçusunu PSJ-yə aparır

PSJ-nin yeni baş məşqçisi Maurisio Poçettinonun ilk transfer hədəfi müəyyənləşib.

Newsport.az-ın məlumatna görə, 48 yaşlı mütəxəsssis sabiq klubu “Tottenhem”in oyunçusu Dele Allini Paris təmsilisinə gətirməyi düşünür. Klub rəhbərliyi bu ay 24 yaşlı yarımmüdafiəçini almaq niyyətindədir.

Dele Allinin özünün də az oyun şansı qazandığı üçün London klubunda xoşbəxt olmadığı bildirilir. İngiltrəli futbolçu bu mövsüm Premyer Liqada cəmi 4 oyuna çıxıb və ümumilikdə 78 dəqiqə meydanda olub.

Qeyd edək ki, 2014-19-cu illərdə “Tottenhem”də işləyən Poçettino 2 gün əvvəl PSJ-yə baş məşqçi təyin olunub. Paytaxt klubunun əvvəlki çalışdırıcısı Tomas Tuhel isə komandanın uğursuz nəticələrinə görə istefaya göndərilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right