“Bayer” büdrədi, “Leypsiq” liderliyə yüksəldi Bundesliqada XIV tur

Almaniya Bundesliqasında XIV tur başlayıb.

Newsport.az-ın məlumatına görə, 2021-ci ilin ilk oyun günü mövsümə iddialı başlayan “Bayer”in uğursuzluğu ilə diqqət çəkib.

Leverkuzenlilər “Ayntraxt”a uduzaraq zirvəni ən azı bir günlük ələ keçirmək imkanını qaçırıb. Qələbə həsrəti davam edən “Şalke” bu dəfə “Herta”ya “boyun əyib”.

Digər qarşılaşmalarda qonaqlar üç xala sevinib. “Ştutqart”ın qonağı olan “Leypsiq” səfər qələbəsi ilə turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.

Avrokuboklara vəsiqə zonasında qərarlaşan “Union” səfərdə “Verder”ə iki cavabsız qolla qalib gəlib. Qonaqlar üçün uğurlu gündə “Frayburq” “Hoffenhaym”ı, Mönhenqladbax “Borussiya”sı “Arminiya”nı, “Auqsburq” “Köln”ü üstələyib.

2 yanvar

“Köln” – “Auqsburq” – 0:1
Qol:
Yaqo, 77

“Arminiya” – “Borussiya” M – 0:1
Qol:
 Embolo, 58

“Ayntraxt” – “Bayer” – 2:1
Qollar:
Yunes, 22, Tapsoba, 54 (avtoqol) – Amiri, 10

“Hoffenhaym” – “Frayburq” – 1:3
Qollar: 
Bebu, 58 – Santamariya, 7, Qrifo, 34 (pen.), Adams, 42 (avtoqol)

“Verder” – “Union” – 0:2
Qollar: 
Bekker, 12, Avoniyi, 28

“Herta” – “Şalke” – 3:0
Qollar: 
Qunduzi, 36, Kordoba, 53, Piontek, 80

“Ştutqart” – “Leypsiq” – 0:1
Qol:
Olmo, 67





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right