Braziliya yığmasının üzvündə koronavirus aşkarlandı

Futbol üzrə Braziliya yığmasının və Fransanın “Olimpik” (Lion) klubunun yarımmüdafiəçisi Bruno Gimaraynş koronavirusa yoluxub.
 
Newsport.az xəbər verir ki, bu barədə 23 yaşlı futbolçu “instagram” hesabında paylaşım edib.
 
O, ailə üzvləri ilə birlikdə koronavirusa yoluxduqlarını və 10 günlük karantində qalacaqlarını bildirib.
 
Braziliya yığmasına da dəvət alan Bruno, Lion klubunun “Renn” və “Lans”a qarşı keçirəcəyi oyunları buraxacaq.
 
Bruno bu mövsüm “Olimpik”də 16 oyuna 1 qol vurub. Yarımmüdafiəçi Braziliya yığmasında 1 oyuna çıxıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right