Azərbaycan klubundan böyük uğur Qitədə birinci yeri tutdu

“Traktor” Asiya qitəsinin ən populyar və ən çox azarkeşi olan klubu seçilib.

Newsport.az-ın məlumatına görə, Asiya Futbol Konfederasiyasının (AFC) keçirdiyi müvafiq sorğuda Təbriz təmsilçisi birinci yeri tutub.

AFC-nin rəsmi saytında ötən həftə başlayan sorğuda “Traktor” səslərin 50.85 faizini qazanıb.

Güney Azərbaycan klubundan sonrakı yerləri İodoniyanın “Əlvəhdət”, Suriyanın “Əl İttihad”, Malayziyannın “Persika”, İranın “Perspolis”, İndoneziyanın “Cövgər-i Daruttazim”, Çinin ”Şenheva Çin”, Cənubi Koreyanın “Sun Samsunq” komandaları tutublar.

Bundan əvvəl, dekabrın 20-də AFC-nin Mərkəzi və Cənub Şərqi Asiya bölgələri üzrə keçirdiyi sorğuda da “Traktor” birinci olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right