"Arsenal"ın futbolçusunda koronavirus aşkarlandı

“Arsenal”ın müdafiəçisi Qabrieldə koronavirus aşkarlanıb.
 

Newsport.az saytının məlumatına görə, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

23 yaşlı braziliyalı futbolçunun COVİD-19 testinin pozitiv çıxdığı və onun karantinə alındığı bildirilib.

Qeyd edək ki, mövsümün əvvəlində Fransanın “Lill” klubundan "Arsenal"a keçən Qabriel “topçular”ın heyətində 15 oyuna 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right