İtaliya klubu baş məşqçisini istefaya göndərdi

İtaliyanın “Cenoa” klubu baş məşqçisi Rolando Maranla yollarını ayırıb.
 
Newsport.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə, komandanın uğursuz çıxışına görə Maranın istefaya göndərildiyi bildirilib. 57 yaşlı mütəxəssis avqustdan sözügedən komandaya rəhbərlik edirdi.
 
“Cenoa” İtaliya A Seriyasında 13 turdan sonra 7 xalla 19-cu pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right