Tanınmış məşqçi yenidən koronavirusa yoluxdu

Futbol üzrə Braziliya millisinin sabiq baş məşqçisi Vanderley Luşemburqu yenidən koronavirusa yoluxub.
 
Newsport.az Fransa mətbuatına istinadən xəbər verir ki, 68 yaşlı mütəxəssis San Pauloda xəstəxanaya yerləşdirilib. Onun müalicəsinin uğurla aparıldığı bildirilir.
 
Luşemburqu yayda da koronavirusa yoluxmuşdu.
 
Son olaraq “Palmeyras”ı çalışdıran mütəxəssis 1998-2000-ci illər aralığında Braziliya yığmasına rəhbərlik edib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right