Yılmaz Vural koronavirusa qalib gəldi

Türkiyənin məşhur futbol məşqçisi Yılmaz Vural koronavirusdan sağalıb.
 
Newsport.az xəbər verir ki, 67 yaşlı mütəxəssis bir müddətdir müalicə olunduğu xəstəxanadan bu gün evə buraxılıb.
 
Qeyd edək ki, Yılmaz Vuralın koronavirus testi iyul ayında da müsbət çıxmışdı. Amma o, qısa müddət ərzində sağalmışdı. Lakin ötən ayın sonlarında növbəti dəfə koronavirusa yoluxan məşqçinin vəziyyəti pis olduğundan noyabrın 27-də xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
 
Yılmaz Vural son olaraq “Akhisarspor”un baş məşqçisi olub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right