PSJ-də Neymar şoku Meydanı xərəkdə tərk etdi

Fransanın PSJ klubu ciddi itki ilə üzləşib.
 
Newsport.az xəbər verir ki, Paris təmsilçisinin futbolçusu Neymar zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Liqa 1-in 14-cü turu çərçivəsində baş tutan Lion “Olimpik”i ilə ev oyununun 90+6-cı dəqiqəsində zədələnən Neymar meydanı xərəkdə tərk edib. Fransa mətbuatının xəbərinə görə, braziliyalı hücumçunun ayaq biləyi qırılıb.
 
PSJ-nin baş məşqçisi Tomas Tuxel Neymarın zədəsinin ciddi ola biləcəyini və son durumunun tibbi müayinədən sonra bilinəcəyini açıqlayıb.
 
PSJ - “Olimpik” matçı qonaqların minimal hesablı qələbəsiylə başa çatıb – 1:0.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right