Türkiyə I Liqasında XIII turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Araz Abdullayevin çıxış etdiyi “Boluspor” doğma meydanda “Bandırmaspor”a uduzub – 0:1.
Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib.
13 turdan sonra hesabında 13 xal olan “Boluspor” 18 kollektiv arasında 14-cüdü.