“Hər gün Neymar və Mbappedən PSJ-də qalmalarını xahiş edirəm"

PSJ-nin yarımmüdafiəçisi Marko Verratti komanda yoldaşları Neymar və Kilian Mbappe haqda danışıb.

Newsport.az-ın məlumatına görə, o, hücumçuların Paris təmsilçii ilə  müqavilələrini uzadacağına ümid etdiyini söyləyib:

“Hər gün Neymar və Mbappedən PSJ-də qalmalarını xahiş edirəm. Bəzən Kiliandan soruşuram: "Artıq yeni bir müqavilə imzaladınızmı?" Düşünürəm ki, tezliklə bir razılığa gələcəklər, çünki ikisi də burada özlərini yaxşı hiss edir".

Xatırladaq ki, Neymar və Mbappenin PSJ ilə müqavilələri 2022-ci ilin yayında başa çatır.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right