Qışda "Tottenhem"dən ayrılacaq

"Tottenhem"in yarımmüdafiəçisi Dele Alli qarşıdakı qış transfer pəncərəsində klubdan ayrılacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə "The Telegraph" nəşri məlumat yayıb. Bildirilib ki, London təmsilçisinin baş məşqçisi Joze Mourinyo yarımmüdafiəçi Harri Uinksi komandada saxlamaq istəyir. Alliyə isə  komandadan ayrılmaq məsləhət görülüb. "Tottenhem" ingilis oyunçunu tam satışını rəsmiləşdirmək istəyir, ancaq onun 6 aylıq icarəyə verilməsi variantı da nəzərdən keçirilir.

Xatırladaq ki, yay transfer pəncərəsi zamanı PSJ Allini icarəyə götürmək istəsə də, "Tottenhem" iki təklifi rədd edib. Dele 2015-ci ildən Premyer Liqa təmsilçisində çıxış edir. O, bu mövsüm  bütün turnirlərdə 8 oyun keçirib, 2 qol vurub və 1 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right