“PSJ-dən ayrılmaq fikri heç ağlımdan keçməyib”

"Parisdə çox xoşbəxtəm. Komanda yoldaşlarımla belə bir klubda olduğum üçün çox şadam".

Newsport.az xəbər verir ki, bu sözləri PSJ-nin hücumçusu Neymar Fransa mətbuatına açıqlamasında deyib. 

Paris klubundan ayrılacağı haqda xəbərlərə münasibət bildirən braziliyalı futbolçu hazırda belə bir fikirdə olmadığını qeyd edib: "PSJ-dən ayrılmaq fikri heç ağlımdan keçməyib. Hazırda burda olduğum üçün şadam, gələcəkdə nə olacağını görəcəyik”.

Qeyd edək ki, Neymarın PSJ ilə hazırkı sözləşməsinin müddəti 2022-ci ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right