Klub prezidenti Arazın oynadığı matçı krandan izlədi FOTOLAR

Türkiyə 1-ci Liqasının 13-cü turunda keçirilən “Ümraniyespor” – “Boluspor” matçında maraqlı hadisə baş verib.

Newsport.az-ın məlumatına görə, futbolçumuz Araz Abdullayevin də çıxış etdiyi “Boluspor”un prezidenti Abdullah Abat oyunu krandan izləyib. O, İntizam Komitəsi tərəfindən cəzalandırıldığı üçün belə bir addım atıb.

Sözügedən matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Abdullayev isə meydana start heyətdə çıxıb və 69-cu dəqiqəyədək mübarizə aparıb.

Qeyd edək ki, “Boluspor” turnir cədvəlində 13 xalla 12-ci pilədə qərarlaşıb.













Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right