"Mançester Yunayted" Avroliqanın ən yaxşı favoritlərindəndir" Mourinyo

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo "Mançester Yunayted"in Çempionlar Liqasında mübarizəni dayandıraraq Avropa Liqasına düşməsindən danışıb .

Newsport.az-ın məlumatına görə, o, Mançester təmsilçisinin Avropa Liqasını qazanmaq üçün ən yaxşı favoritlərdən biri olduğunu deyib:" Çempionlar Liqasından kənarlaşdırılan komandalar həmişə güclüdür və ümumiyyətlə, Avropa Liqasının səviyyəsindən yuxarı oynayırlar.

"Mançester Yunayted" ən yaxşı klublardan biridir. Onların qrupu çətin idi. PSJ və "Leyptsiq" güclü komandalardır. Hamımız bu komandaların heç birinin asan rəqib olmayacağını bilirdik".

Qeyd edək ki, "Mançester Yunayted" dünən Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Leyptsiq"ə 2:3 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb. İngiltərə təmsilçisi çıxışına Avroliqada davam edəcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right