Mbappe 100-ə çatdı

PSJ Fransa Liqa 1-in 14-cü turu çərçivəsində “Monpelye”ni məğlub edib – 3:1.

Newsport.az-ın məlumatına görə, sözügedən qarşılaşma Paris klubunun futbolçusu Kilian Mbappe üçün yubileylə yadda qalıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Monpelye” ilə oyunda komandasının son qolunu vuran Mbappe, PSJ-nin heyətində 100 qol səddinə çatıb. Fransız hücumçu bu göstəriciyə 137 oyunda nail olub.

Mbappe, 2017-ci ildən PSJ-də forma geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right